- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 176
- Fevral 06, 2026
- 0

Fakundo Melivilo “Zirə”də debüt edib. Allsport.az xəbər verir ki, 29 yaşlı hücumçunun debütü premyer liqanın XX turunda rəsmiləşib.
Argentinalı legioner “Qəbələ” ilə səfər oyununda (1:1) meydana çıxıb. Melivilo “Zirə”nin tarixində ilk argentinalı oyunçusudur.
Ona qədər 29 ölkədən 51 əcnəbi komandanın formasını geyinib. Cənubi amerikalı qol hesabını debüt matçında açan 6-cı futbolçu kimi tarixə düşüb. “Qəbələ” ilə qarşılaşmayadək Viktor İqbekoyi, Aleksandr Dedov, Pərdis Fərcad-Azad, Ağabala Ramazanov və Musa Qurbanlı ilk oyunda fərqlənib.