- Baxış sayı: 31
- 12 Mart 2026 19:52
- Baxış sayı: 378
- Mart 12, 2026
- 0

PSJ-nin ulduzu Osman Dembelenin agenti Moussa Sissoko ilə “Mançester Siti”nin idman direktoru Huqo Viana arasında Madriddə keçirilən görüş transfer şayiələrini alovlandırıb.
Allsport.az xəbər verir ki, İngiltərə nəhəngi fransalı vingeri bu yay heyətinə qatmaq imkanlarını araşdırır.
2028-ci ilə qədər müqaviləsi olan Dembele ilə PSJ rəhbərliyi yeni sözləşmə imzalamağa çalışsa da, hələlik tərəflər arasında razılıq əldə olunmayıb.
Ötən mövsüm Paris klubuna tarixindəki ilk çempionlar liqası kubokunu qazandıran və 2025-ci ilin “Qızıl top” (Ballon d’Or) mükafatçısı olan futbolçu, bu mövsüm zədələrlə mübarizə aparsa da, son oyunlarda möhtəşəm forma nümayiş etdirir.
O, dünən gecə çempionlar liqasının 1/8 finalında “Çelsi” üzərində qazanılan 5:2 hesablı qələbədə əsas pay sahibi olub.