Depaya 400 min avroluq təklif

Memfis Depay “Atletiko”dan ayrıldıqdan sonra hələ də azad agent statusundadır. Niderlandlı futbolçu karyerasını Braziliyada davam etdirə bilər.

Allsport.az xəbər verir ki, 30 yaşlı Depay indi “Korintians”ın təklifini nəzərdən keçirir. Braziliya klubu Depaya aylıq 400 min avro maaş təklif edib.

Depay əvvəllər PSV, “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko” kimi klublarda çıxış edib.

Həmin kateqoriyadan