- Baxış sayı: 24
- 29 Noyabr 2024 13:50
- Baxış sayı: 140
- Noyabr 28, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasdan sonra premyer liqanın 15-ci turunda oynanılan “Qarabağ” – “Neftçi” matçında (1:2) baş verənlərlə bağlı qərarlar açıqlanıb.
Matçın 73-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Kevin Medina “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Klub isə 3200 manat cərimə edilib.
Qarşılaşmanın 22-ci dəqiqəsində “Neftçi”nin oyunçusu Buludov Ömər “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza alıb. Paytaxt klubu buna görə 1600 manat cərimələnib.
“Neftçi”nin digər üzvü Mamadou Kane qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun, kluba isə 200 manat cəza kəsilib. İkinci sarı vərəqəni alaraq meydandan qovulan “Neftçi”nin futbolçusu Vojislav Stankovic də bir oyunluq cəza ilə üzləşib. Klubu 200 manat cərimə olunub.
“Neftçi”nin 3 futbolçusu qırmızı vərəqə aldığı üçün kluba 4800 manat cərimə də tətbiq edilib.