- Baxış sayı: 22
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Azərbaycan çempionatının I divizionu tarixində ən yaxşı komanda MOİK-dir. Allsport.az xəbər verir ki, əvvəllər OİK adlanan paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda həm oyun, həm qələbə, həm xal sayında bütün komandaları qabaqlayır.
“Hərbçilər” 395 matçda 187 qələbə qazanıb, 638 xal toplayıb. Daha 4 klub 300-dən çox oyun keçirməyə nail olub. Bunlar “Göyəzən” (384), “Bakılı” (346), Mingəçevir “Energetik”i (332) və “Neftçala” (304) klublarıdır.
MOİK-dən başqa iki komanda 150-dən çox oyunda qalib gəlib. “Neftçala” 173, “Qaradağ Lökbatan” 165 dəfə qələbə əldə edib. Xal hesabında da bu komandalar müvafiq olaraq 2-ci və 3-cüdür. “Bakılı” I divizionun ümumi cədvəlində 4-cü, Qusar “Şahdağ”ı 5-cidir.