- Baxış sayı: 27
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 37
- Dekabr 05, 2025
- 0

Koronavirusa görə vaxtından əvvəl başa çatdırılan Fransa 1-ci lqası ilə bağlı qərar dəyişikliyi gerçəkləşib. Allsport.az xəbər verir ki, dövlət şurası 2-ci liqaya göndərilməsinə qərar verilən “Tuluza” və “Amyen” klublarının elitada qalmasına qərar verib.
Hər iki klubun məhkəməyə verdiyi şikayət təmin edilib və komandalar yeni mövsüm 1-ci liqada mübarizə aparacaqlar.
Avropa kuboklarına vəsiqə qazana bilməyən “Lion”un çempionatı davam etdirilməsi ilə bağlı şikayəti təmin edilməyib.
Fransa çempionatının 2019/20 mövsümünün qalibi PSJ elan edilib.