- Baxış sayı: 58
- 28 Noyabr 2024 12:24
- Baxış sayı: 285
- Dekabr 02, 2024
- 0
Noyabrın 14-20-də Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə dünya çempionatı keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi kişilərdə baş məşqçi Rza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Sədri Həmidreza (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq) təmsil edəcəklər.
Məşqçilər heyəti federasiyasının idarə heyəti ilə məsləhətləşdikdən sonra, son aylarda toplanışlara qatılmayan və hazırda formasından uzaq olan 2-qat dünya çempionu Milad Hərçəqani (87 kq) və olimpiya, dünya və qitə çempionu Radik İsayevin (+87 kq) heyətinə daxil edilməsinə ehtiyac görməyib.
Qadınlarda millinin baş məşqçisi Səbuhi Zülfüqarov 2 nəfərə – Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) fürsət verib.