- Baxış sayı: 36
- 17 Noyabr 2024 11:07
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Oktyabrın 1-də Koreya Respublikasının Çunçeon şəhərində gənc taekvondoçular arasında dünya çempionatı start götürəcək. Allsport.az saytı xəbər verir ki, 6 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Oğlanlardan ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədov mundialda İlyas Hətəmli (45 kq), Məhəmməd Həsənli (48 kq), Harun Salmanzadə (51 kq), Fuad Məhərləmli (55 kq), Ziya Həsənli (59 kq), Vasif Səlimov (63 kq), Yunis Hüseynov (68 kq), Hüseyn Xudiyev (73 kq), Elcan Əliyev (78 kq) və Allahverdi Məmmədova (+78 kq) fürsət verəcək.
Qızlardan ibarət millimizin baş məşqçisi Sun Mi Park və böyük məşqçi Seul Bi Linin rəhbərliyi ilə ölkəmizi Gülü Zamanlı (42 kq), Xuraman Cavadzadə (44 kq), Nilufər Borji (49 kq), Seyidxanım Məmmədova (52 kq), Sehri Cəlalova (55 kq), Fatimə Həsənova (59 kq), Nərgiz Kazımova (63 kq) və Bahar İbrahimova (68 kq) təmsil edəcəklər.