“Dünya çempionatından sonra millidən getmək fikrim yoxdur”

“Napoli”nin hücumameyilli yarımmüdafiəçisi Kevin De Bröyne həm klubdakı forması, həm də Belçika millisinin gələcəyi barədə danışıb.

Allsport.az xəbər verir ki, oyunçu fiziki vəziyyətinin getdikcə yaxşılaşdığını bildirib: “Tədricən formamı bərpa edirəm, artıq meydanda gözlədiyimdən daha çox vaxt keçirmişəm. Təxminən dörd həftədir komanda ilə məşq edirəm və özümü yaxşı hiss edirəm. Bu toplanışda iki tam oyunda 90 dəqiqə çıxış edə biləcəyimi düşünmürəm, amma buna ehtiyac da yoxdur”.

34 yaşlı ulduz futbolçu milli karyerasını bitirməyə tələsmədiyini vurğulayıb: “Dünya çempionatından sonra millidəki karyeramı başa vurmaq niyyətim yoxdur. Nə qədər ki, özümü formada hiss edirəm, çıxışımı davam etdirəcəm”.

Belçika millisi DÇ-2026-nın qrup mərhələsində Misir, İran və Yeni Zelandiya ilə mübarizə aparacaq.

Həmin kateqoriyadan