- Baxış sayı: 31
- 01 Aprel 2026 14:37
- Baxış sayı: 810
- Mart 30, 2026
- 0

Almaniya 2-ci bundesliqa təmsilçisi “Darmştadt” klubunun hücumçusu Sərdar Dursun Azərbaycan yığmasında oynamaqdan imtina edib. Allsport.az xəbər verir ki, 28 yaşlı hücumçu AFFA ilə danışıqlar apardığını deyib:
“Azərbaycan millisində oynamaq üçün təklif almışdım. Federasiya ilə danışıq apardım. Məni milli komandada görmək istədiklərini bildirdilər, ancaq Türkiyə yığmasında oynamaq istədiyimi dedim”.
Almaniyada doğulan türkiyəli futbolçu 2018-ci ildən “Darmştadt”da çıxış edir. Sərdar ötən mövsüm 2-ci bundesliqada keçirdiyi 34 oyunda 16 qol vurub, 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, digər ölkələrdən olan furbolçuları mililəşdirmə məsələsinə AFFA-nın vitse-prezidenti və baş katibi Elxan Məmmədov baxır.