“Çox istərdik ki, bu imkandan maksimum istifadə edək”

Çempionlar liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçından əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və futbolçusu Abdullah Zubirin mətbuat konfransı təşkil olunub. Allsport.az xəbər verir ki, mütəxəssis sabahkı görüş barədə fikirini açıqlayıb:

“Zaqrebdə olmaq bizə xoşdur. Güclü komandaya qarşı oynayacağıq. Rəqibin çox yaxşı azarkeşləri var. Səfərdə olmasına baxmayaraq, bu stadionda, belə azarkeşlər qarşısında oynamaq bizə çox xoş olacaq. Bu qarşılaşma hər iki komanda üçün çox vacibdir. İstəyimiz çoxdur.

Çünki üçüncü dəfə əlimizə belə fürsət düşür. Çox istərdik ki, bu imkandan maksimum istifadə edək. Futbolçularım oyuna hazırdırlar. Bir neçə itkimiz var. İnanıram ki, futbolçular sabah meydanda nizam-intizamlı oyun quracaqlar. Düşünürəm ki, azarkeşlər üçün çox yaxşı bir matç olacaq”.

Yarımmüdafiəçimiz Abdullah Zubir də fikirlərini bölüşüb: “Zaqrebdə olmağıma şadam. Biz sabahkı oyuna hazırıq. Təsnifat mərhələsi başlayanda hədəfimiz pley-offa vəsiqə qazanmaq idi. Sabah bu mərhələnin ilk oyununa çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, bu şansdan yararlanaq”.

Həmin kateqoriyadan