- Baxış sayı: 26
- 31 Mart 2026 13:58
- Baxış sayı: 679
- Mart 30, 2026
- 0

“Futbolçularımı təbrik edirəm. Hesaba baxmayaraq, komanda xeyli əziyyət çəkdi. Bəzi rotasiyalar etmişdik”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 2-ci turunda evdə “Səbail”ə 3:0 qalib gəldikləri oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, belə proqramda oyunlara hazırlaşmaq asan deyil: “Birinin zədəsi olur, biri yorulur və sairə. Amma düşünürəm ki, qarşıda tam hazırlıqlarını bərpa edəcəklər və bundan sonra daha rahat olacaq. Vacib 3 xal qazandıq. Oyun düşündüyümüz kimi alındı. Aftandil Hacıyevə uğurlar arzulayıram”.