- Baxış sayı: 23
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Samir Abbasov premyer liqanın 12-ci turunda “Sabah” klubu ilə görüşü dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, 2:0-lıq qələbədən sonra liderliyə yüksəldiklərinə görə sevincini gizlətməyən mütəxəssis, futbolçulara minnətdarlığını bildirib:
“Məqsədimiz bu heyətlə ağıllı oynamaq, maksimum az qaçıb, rəqibi çox qaçırtmaq idi. Rəqibi təhlil etməmişdik. Çünki təkcə oyunumuzla yox, bədənimizlə, xarakterimizlə, ruhumuzla mübarizə aparmaq məcburiyyətindəydik. Düşünürəm ki, get-gedə daha yaxşı oynayırıq.
Düzdür, bəzən lazımsız yerə top itirirdik ki, nəticədə fiziki olaraq bunun əziyyətini çəkirdik. Əvvəlki oyunlarla müqayisədə bu gün çox qol epizodu yaratdıq və 2:0 hesabı ilə qalib gəldik. Çətin vəziyyətdəyik. Özüm də daxil olmaqla pandemiyadan yenicə sağalmış futboçularla birlikdə çox əziyyət çəkirik.
Məsələn, pandemiyadan sağalan Fəhmin Muradbəyli çıxdığı ilk məşqdə pis vəziyyətə düşdü. Bu gün bütün futbolçularımız öz ağıllarını, oyun keyfiyyətlərini ortaya qoymağı bacardılar. Buna görə onlara çox minnətdaram”.