- Baxış sayı: 18
- 28 Noyabr 2024 17:52
- Baxış sayı: 76
- Noyabr 28, 2024
- 0
“Qəbələ” premyer liqanın 5-ci turunda səfərdə “Sumqayıt”la qolsuç heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Elmar Baxşıyev bunu deyib:
“Sabah 2-ci Vətən müharibəsinin anım günüdür. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qarşılaşmanın belə çətin keçəcəyini gözləyirdik. “Sumqayıt”ın təzyiq edəcəyini bilirdik. Əvvəlki görüşlərimizə baxsaq, dinamik oyuna şahid olarıq.
Komandanı çətin oyuna hazırlamışdıq. Bilirdik ki, ötən matçdan sonra daha ağır olacaq. Bunu məşqçilər də, futbolçular da dərk edirdi. Heç bir eyforiya yox idi. Futbolçular istədiyimizi meydanda yerinə yetiməyə çalışırdı. Düşünürəm ki, layiqli 1 xal qazandıq”.