- Baxış sayı: 26
- 11 Aprel 2025 23:43
- Baxış sayı: 106
- Aprel 11, 2025
- 0
Serbiya millisinin futbolçusu Filip Dyuriçiç DÇ-2022-nin seçmə mərhələsində yığmamızla qarşılacaqları matçdan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, serbiyalı futbolçu oyunla bağlı danışıb:
“Azərbaycan millisinin Portuqaliya ilə oyununu izləmişik. Maraqlı qarşılaşma olmuşdu. Azərbaycan planlı komandadır. Baş məşqçi Canni De Byazini tanıyıram. Bizə qarşı aqressiv olacaqlarımı düşünürəm. İnanıram ki, sabah uğur bizimlə olacaq. Ümid edirəm ki, Serbiyaya 3 xalla qayıdacağıq”.