- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
İspaniyanın “Qranada” klubunun yeni baş məşqçisi müəyyənləşib. Allsport.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Abel Resino çalışdıracaq.
Klubun rəsmi saytının yaydığı məlumata görə, 54 yaşlı mütəxəssis mövsümün sonuna qədər “Qranada”nı çalışdıracaq. O, baş məşqçi vəzifəsində bir müddət öncə istefaya göndərilən Xuakin Kaparrosu əvəzləyib.
Məşqçilik karyerasına 2004-cü ildə başlayan Resino daha öncə “Levante”, “Atletiko”, “Valyadolid” və “Selta” kimi klubları çalışdırıb.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan millisində oynamağa razılıq verən Eddi İsrafilov “Qranada”da çıxış edir.