- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 217
- Avqust 05, 2026
- 0

“Milan” “AZ Alkmaar” komandasının hücumçusu Troy Parrottu yay transfer pəncərəsində heyətinə qatmaqda maraqlıdır.
Allsport.az xəbər verir ki, 24 yaşlı futbolçu cari mövsümdə nümayiş etdirdiyi məhsuldarlıqla Avropanın aparıcı klublarının diqqətini çəkib.
İrlandiyalı hücumçu “AZ Alkmaar”ın heyətində bütün turnirlərdə ümumilikdə 27 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin İrlandiya millisinin heyətində Portuqaliya ilə oyunda dubl, Macarıstanla matçda isə het-trik edərək komandasının dünya çempionatının pley-off mərhələsinə yüksəlməsinə böyük töhfə verib.