- Baxış sayı: 280
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 65
- Dekabr 05, 2025
- 0

Oktyabrın 20-də Londonda “Aclıq Oyunları” səhnəsinin premyerası keçiriləcək.
Allsport.az xəbər verir ki, baş rolda “Liverpul” əfsanəsi Ceymi Karregerin 21 yaşlı qızı Mia Karreger çıxış edəcək. O, “Tring Park” teatr məktəbini bitirib, Li Strasberq institutunda təhsil alıb və “The Gathering” serialında çəkilib.
Rejissor Metyu Danster bildirib ki, Kitniss obrazının xarizmasını və döyüş ruhunu daşıya biləcək aktrisa axtarırdı və bunu Miada tapdı. Süzan Kollinzın məşhur roman seriyası artıq ekranlaşdırılıb, 2026-cı ildə isə gənc Heymitç Ebernetinin qalibiyyətindən bəhs edən “The Hunger Games: Sunrise Harvest” spinoffu çıxacaq.
Ceymi Karreger futbolçu kimi bütün karyerasını “Liverpul”da keçirib və 2005-ci ildə çempionlar liqasının qalibi olub.


