Əfsanəvi idmançı ilə müqavilə imzalandı

UFC-nin keçmiş ulduzu Zabit Məhəmmədşərifov karyerasını bərpa edir.

Allsport.az xəbər verir ki, 34 yaşlı rusiyalı döyüşçü ACBJJ (Absolute Championship Berkut Jiu-Jitsu) liqası ilə rəsmi müqavilə bağlayıb.

Məlumata görə, Məhəmmədşərifov MMA deyil, məhz qrepplinq (güləş) qaydaları üzrə döyüşmək üçün geri qayıdır.

Liqanın rəhbəri Zaurbəy Xasiyev danışıqların uğurla başa çatdığını və Zabitin artıq komandaya qoşulduğunu təsdiqləyib. İdmançının ilk qarşılaşmasının mübarək Ramazan ayından sonra keçiriləcəyi gözlənilir.

2022-ci ildə karyerasını bitirdiyini elan edən Zabitin aktivində 18 qələbə və cəmi 1 məğlubiyyət var.

Həmin kateqoriyadan