- Baxış sayı: 46
- 26 Fevral 2026 17:45
- Baxış sayı: 56
- Fevral 26, 2026
- 0

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib. Allsport.az xəbər verir ki, Azərbaycan komandası ilk yarış gününü uğurla başa vuraraq 1 qızıl və 1 gümüş medal qazanıb.
Hər iki mükafat eyni çəki dərəcəsində qeydə alınıb. Azərbaycan finalına səhnə olan 60 kq-da Əhməd Yusifov qızıl, Balabəy Ağayev isə gümüş medala sahib olub.
Balabəy Ağayev Paris “Böyük dəbilqəsi”ndən sonra ardıcıl ikinci dəfə finala yüksəlib. Əhməd Yusifov isə “Böyük dəbilqə” turnirlərində ilk çempionluğunu rəsmiləşdirib.
Aktivində iki medal olan Azərbaycan ümumi medal sıralamasında Yaponiyadan sonra ikinci pillədə qərarlaşıb.