- Baxış sayı: 42
- 03 Fevral 2026 23:04
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Sərbəst güləşçimiz Turan Bayramov (74 kq) Paris oyunlarında mübarizəyə qoşulub. Allsport.az saytı xəbər verir ki, o, 1/8 finalda albaniyalı Çermen Vəliyev ilə qarşılaşıb.
İlk hissəyə fəal başlayan idmançımız fasiləyə 3:0 üstün yollanıb. Amma 2-ci yarıda hərəkətsiz olması və hesabı qorumağa çalışması ona baha başa gəlib.
Rəqib son 6 saniyədə hücum edərək hesabı bərabərləşdirib. Xalların keyfiyyəti eyni olsa da, son xal alan Vəliyev olduğundan, o, sevinən tərəf olub.
Hakimlərin video-təkrara baxması heç nəyi dəyişməyib və albaniyalıya əlavə 1 xal verilib – 4:3.
Çermen 1/4 finalda özbəkistanlı güləşçiyə yenildiyindən, Turan üçün Paris-2024 erkən bitib.