- Baxış sayı: 38
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

“Səbail” premyer liqanın 5-ci turunda səfərdə “Turan Tovuz”a 0:1 yenilib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Şahin Diniyev bunu deyib:
“Rəqibi təbrik edirəm. “Turan Tovuz” nəticəyə oynamağı bacaran komandadır. Birinci hissədə rəqib, ikinci hissədə isə biz yaxşı oynadıq. Futbolçularımla fəxr edirəm.
Əlimizə düşən fürsətləri qola çevirə bilmədik. Maraqlı oyun alındı, son dəqiqəyə kimi mübarizə getdi. Bu gün 1 xala layiq idik. Amma artıq gecdir. Oyundan-oyuna daha yaxşı olacağıq”