- Baxış sayı: 162
- 31 İyul 2024 21:34
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bakıda 7-ci arena polo üzrə dünya kuboku sona yetib. Allsport.az saytı xəbər verir ki, həlledici görüşdə “Elite Horse & Polo Club Baku” və “Los Nocheros Polo Club Münster” qarşılaşıblar.
Bu dəfə də yüksək ustalıq nümayiş etdirən komandamız Almaniya təmsilçisini 15:4 üstələyib. Bizdən Elçin Camallı (9), Tərlan Qurbanəliyev (4), Rəşad Həsənov və Namiq Orucov fərqləniblər. Yarışın ən yaxşı oyunçusu adı ilk çəkilən poloçumuz seçilib.
Qeyd edək ki, finalı atçılıq federasiyasının prezidenti Elçin Quliyev, milli olimpiya komitəsinin baş katibinin müavini Azər Əliyev, Dünya Polo Federasiyasının prezidenti Reto Qaudenzi və digər qonaqlar izləyiblər.
Əlavə edək ki, gələn il 10-20 sentyabrda 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.