- Baxış sayı: 20
- 29 Noyabr 2024 12:12
- Baxış sayı: 139
- Noyabr 28, 2024
- 0
Premyer liqanın XIX turunun “Qəbələ” – “Səbail” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis oyunu şərh edib:
“Bizi çətin, ağır oyun gözlədiyini bilirdik. “Səbail” çempionatın ağır rəqiblərindən biridir. Bu komanda yaxşı müdafiə olunur, rəqibə az imkan verir və əks-hücumlarda yaxşı oynayır. Baş məşqçi Aftandil Hacıyevin gördüyü iş hiss olunur. Komandamızın oyununa gəlincə, ümumilikdə razı qaldım. Çatışmayan cəhətlərimiz var.
Onları analiz edəcək və üzərində işləyəcəyik. Oyunda dominantlıq edən tərəf idik. Çoxsaylı epizodlar yaratdıq, lakin istifadə edə bilmədik. Ruhdan düşmürük, qarşıdakı oyuna köklənib maksimum nəticə qazanmağa çalışacağıq. İki xal itirdiyimizi düşünmürəm. Çempionatda hər bir komanda istənilən rəqibdən xal almağa qadirdir.
Bu gün bir xal qazandıq. Futbolçularımız qaçırılan qol epizodlarının hamısını məşqdə dəyərləndirərdi. Lakin oyun ayrıdır, stress də olur. Komanda əsas tələb olan oyun nizam-intizamını qoruyur, epizodları yaradır ki, bu da qüvvə tələb edir. Bu imkanların yaradılması bizi sevindirməyə bilməz”.