- Baxış sayı: 21
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 143
- Noyabr 28, 2024
- 0
Premyer liqanın davam etdiriləcək hissəsinə hazırlıq çərçivəsində “Neftçi” – “Qəbələ” yoxlama oyunundan (2:1) sonra qonaqların çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 40 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Futbolçulardan çox razıyıq. Çünki bu ağır dönəmdə meydanda ən yaxşısını etməyə çalışırlar. Bunu məşq prosesində də hiss edirik. İnanıram ki, getdikcə komanda daha məzmunlu futbol göstərib əvvəlki oyununu qaytaracaq.
Çempionatın keçirilməsinin tərəfdarıyam. İdman prinsipləri var. Hansı komanda layiqli yeri tutacaqsa, ölkəmizi avrokubokda təmsil etsin. Biz komanda olaraq çempionatın davamını istəyirik. Merab Qiqaurinin yüngül zədəsi var.
Risk edib onu 2 matçda oynatmaq istəmədik. O, müqavilə ilə bizə məxsusdur. Qarşıdakı görüşlərdə onun köməyi dəyəcək. Oyun hər şeydən üstündür. Məşq prosesi də aparıb oyuna çıxarır. “Neftçi” iyunun 13-də oynamağı təklif etdi və bunun üzərində dayandıq”.