Elmar Baxşıyev: “Epizodları dəyərləndirməkdə çətinlik çəkirik”

Premyer liqanın 7-ci turunda “Qəbələ” evdə’ “Səbail” ilə 1:1 oynayıb. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin açıqlamasını təqdim edirik: 

“Futboldan yox, ordumuzdan və qazandığı uğurlardan danışmaq istəyirəm. Bu, bizləri sevindirir. İnanırıq ki, millətimizi hər gün sevindirəcəklər və bizim torpaqlarımızı geri alacaqlar. Qəlblə və ürəklə onların yanındayıq. Allahdan onlara dua edirik, şəhidlərimizə Allah rəhmət eləsin.

Oyuna gəlincə, fərqli hissələr izlədik. Ümumi götürəndə komandanın nümayiş etdirdiyi oyunundan məmnunam. Futbolçular görmək istədiyim oyunu göstərir. Sadəcə, epizodları dəyərləndirməkdə çətinlik çəkirik. İnanıram ki, qarşıdakı matçlarda bunları da aradan qaldırıb qələbələrimizi qazanacağıq. Hər oyunda 4-5 yüzfaizli qol imkanları yaradırıq. Psixoloji təzyiqi hiss etmirik.

Komanda bunu yaradırsa deməli hər şey qaydasındadır. Həmin epizodlarda bir az soyuqqanlılıq çatmır. İnanıram ki, bu da qaydasına düşəcək. Oyunu hissələrə böldüm. Ilk 20 dəqiqəni yaxşı keçirdik, ilk yarının davamı və ikinci hissənin əvvəli oyun bir az qaydasında getmədi. Sonra futbolçular toparlandı və öz oyunumuzu nümayiş etdirməyə başladılar”.

Həmin kateqoriyadan