- Baxış sayı: 16
- 01 Aprel 2026 16:53
- Baxış sayı: 814
- Mart 30, 2026
- 0

“Qəbələ” 2020-2021-ci illər mövsümünə hazırlıq çərçivəsində keçirilən yoxlama oyununda “Neftçi” ilə üz-üzə gəlib. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev qarşılaşma (1:2) barədə fikirlərini klubun saytına açıqlayıb:
“Çempionata hazırlıq çərçivəsində son yoxlama oyunumuzu keçirdik. Ümumi hazırlığımızı istədiyimiz kimi başa vurduq. Oyundan-oyuna komanda istədiyimizi meydanda göstərməyə başlayır. Heyətə yeni qoşulan oyunçular var və getdikcə onların komandaya faydaları dəyəcək. Əlbəttə, güclənməyə ehtiyac var və bu yöndə axtarışlarımız davam edir”.