- Baxış sayı: 40
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 137
- Noyabr 28, 2024
- 0
Premyer liqanın XXII turunun “Qəbələ” – “Neftçi” oyunundan (2:2) sonra mətbuat konfransı olub. Allsport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyev oyunu belə şərh edib:
“Oyunun belə ağır keçəcəyini bilirdik. “Neftçi” çempionluğa oynayan, arsenalında keyfiyyətli hücumameylli futbolçular olan komandadır. Bizi təhlükənin haradan gözlədiyini bilirdik və komandanı ağır və çətin oyuna hazırlamışdıq.
Bizim də öz planımız var idi. Düşünürəm ki, oyun dinamik alındı. Hər iki komanda müdafiə deyil, hücum futbolu nümayiş etdirdi. Oyunun ədalətli nəticəsi də heç-heçə idi.
Komandanı iki ildir çalışdırıram. İlk gündən tapşırığım mənim istədiyim oyunu, hücum futbolu göstərmək olub. Uduzanda, udanda, heç-heçə olanda da, futbolçuların düzgün oynadığını görürəmsə, məmnun qalıram. Oyunçular mənim istədiyimi verməyəndə məyus oluram. Rəqibdən asılı olmayaraq, şən futbol oynayırıq, öz oyunumuzu göstəririk.
Futbolda matç zamanı emosiyalar olur. Görüşün gedişində emosional görünməyimiz təəccüblü olmamalıdır. Məsuliyyət daşıdığımızdan belə olmağımız başadüşüləndir. Nikolas Rayselin oynamaması zədə ilə bağlıdır. Onun xidmətindən növbəti oyunlarda yararlana biləcəyik”.