- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Sabah” matçından (3:0) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, 39 yaşlı mütəxəssis qələbəni şərh edib:
“Kubok fərqli bir turnirdir. Oyunun çətin olacağını bilirdik. İlk matçı evdə keçirdiyimiz üçün həm hücumda , həm də müdafiədə yaxşı oynamağa çalışırdıq. Bəzi epizodlarda bunu həyata keçirə bildik. Amma ümumi götürsək, tam oyundan razı qalmadım. Ülvi İsgəndərovun meydana daxil olması ilə hücum və ya müdafiəni gücləndirmək fikrimiz yox idi. Sadəcə hiss edirdik ki, rəqib daha çox hücum edəcək. Buna görə meydana bir hücumçu buraxıb, ön xətdə daha çox olmağa çalışdıq. Bu da öz faydasını verdi. Cavab qarşılaşması öncəsi şanslar 50-nin 50-yədir. Kubokda sürpriz ola bilər. Komandanı çətin oyuna kökləyəcəyik. Qırmızı vərəqəyə gəlincə, bunu normal qiymətləndirirəm. Bu, oyun epizodunda baş verdi. Qarşıda daha bir oyunumuz var. Bu səbəbdən yanvarda heyətdə ola biləcək dəyişikliklərdən danışmağa tələsməyək. Bütün futbolçulara şans veririk. İlk “11-liy”ə layiq olan oyunçular da meydana çıxır”.
Baxşıyev “Qəbələ”nin Azərbaycan futboluna lazım olduğunu deyib:
“Bu klub yaşamalıdır, Azərbaycan futboluna lazımdır. “Qəbələ”ni Azərbaycan futbolunun bir etalonu, bir flaqmanı hesab edirəm. Yaxşı nəticələri olub. Azərbaycan və Avropada tanınmış klubdur. İnanıram ki, “Qəbələ” yaşayacaq, uğurları və nəticələri ilə hamını sevindirəcək”.