- Baxış sayı: 10
- 28 Noyabr 2024 17:52
- Baxış sayı: 76
- Noyabr 28, 2024
- 0
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov premyer liqanın 27-ci turunda “Sumqayıt”a qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 0:1 hesabı ilə yenildikləri görüşdən sonra bunu söyləyib:
“Çempionatın sonudur. Oyun sönük keçdi. Ola bilsin, yüksək liqada yerimizi qoruyub saxlamağımızla bağlı futbolçularda bir az arxayınlıq yaranıb. Boşluqlar verdik. Birinci hissədə pis oynamadıq. 2-ci hissədə irəli xəttdə çətinlik yaşadıq.
Hücum qurmaqda çətinlik çəkirdik. Öz işimizi çətinə saldıq. Mövsümboyu 5-ci pillədən aşağı düşməmişdik. İndi bütün fikrimizi “Zirə” ilə sonuncu turun oyununa yönəltməliyik. “Sumqayıt” bu gün layiqli qələbə qazandı. Rəqibi təbrik edirəm”.