- Baxış sayı: 26
- 29 Noyabr 2024 16:14
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun mətbuat konfransında premyer liqada klub sayının artırılması ilə bağlı açıqlama verib. Allsport.az xəbər verir ki, 41 yaşlı funksioner klub sayının 10-dan çox olmayacağını vurğulayıb:
“AFFA-nın ümumi strategiyası var. Hər zaman məqsədimiz premyer liqada minimum 10 komandanın iştirak etməsidir. Bu məsələ martda yenidən müzakirə olunacaq. Demirəm ki, AFFA olaraq hər şeyi mükəmməl edirik. Amma hər bir addımın öz səbəbi olur. Biz ona görə bölgə klublarını maliyyələşdiririk ki, hansısa iş adamı futbola gəlsə, ona hazır məhsul təqdim edək. Bölgələrdə peşəkar futbolun yaşaması bizim üçün vacibdir.
Bəlkə sabah hansısa icra hakimiyyəti bu işi öz üzərinə götürəcək. Ümid edirik ki, gələcəkdə iş adamları bu işdə öz dəstəyini göstərəcək. Biz onlardan bu addımı gözləyirik. Bölgələrdəki böyük müəssisələri ilə əlaqə saxlayır, onları klubla bağlı məlumatlandırırıq. Bəzən mətbuatda yazırlar ki, AFFA filan klubları premyer liqaya buraxmır. Bu, belə deyil. İstəyirik ki, keyfiyyət balansı pozulmasın. Azərbaycan çempionatı üçün 10 klub idealdır, 12 klub isə riskdir. Klubun ənənəsi olmalıdır”.