- Baxış sayı: 31
- 05 Dekabr 2025 19:17
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0
Türkiyənin “Bursaspor” klubunun forvardı Dəniz Yılmaz Azərbaycan millisindən dəvət alıb. Allsport.az saytı xəbər verir ki, bunu futbolçunun meneceri Ərdəm Qaragöl açıqlayıb:
“Dəniz Yılmaz indiyə kimi Türkiyə yığmasının heyətində oynamadığından Azərbaycanda çıxış etməsi üçün heç bir əngəl yoxdu. Deniz əslində “ay-ulduzlu”ların formasını geyinmək istəyirdi. Amma bu baş vermədiyindən onu sevindirən bu təklifə isti yanaşır.
Hazırda bu haqda düşünmək üçün bir az vaxt istəyir. O, indi “Bursaspor”un mövsümöncəsi təlim-məşq toplanışındadı. 3-4 günə qərarını verəcək”.