Elxan Məmmədov: “Yerli məşqçiləri yaxşı tanıyırıq”

“Azərbaycan Radiosu”nun qonağı olan AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov ölkə futbolunun gündəminə dair bir neçə maraqlı məqama toxunub.

Allsport.az xəbər verir ki, qurum millinin baş məşqçisi məsələsinə münasibət bildirib. Məmmədovun dedikərindən məlum olub ki, yığmanı qarşıdakı seçmə mərhələdə yenə əcnəbi mütəxəssis çalışdıracaq:

“AFFA icraiyyə komitəsinə namizəd mütəxəssislərin geniş siyahısı təqdim edilib və müzakirə üçün geniş vaxt verilib. Siyahıda yerli mütəxəssisin olmaması o demək deyil ki, onlar namizədlər arasında yoxdur.

Sadəcə, siyahıya sırf əcnəbilər ona görə daxil edilib ki, yerli məşqçilərimizi hamımız yaxşı tanıyırıq, onların hər bir göstəricisinə bələdik, bunun üçün ayrıca araşdırma aparmağa gərək görülmür. Əcnəbilərin olduğu 32 əfərlik siyahı isə onlar haqqında öyrənmək, tanımaq və fikir bildirərkən yekun məlumatların olmasına görə idi”.

Həmin kateqoriyadan