- Baxış sayı: 36
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 788
- Mart 30, 2026
- 0

AFFA-nın yeni təsis olunmuş icraçı vitse-prezident vəzifəsinə qurumun baş katibi Elxan Məmmədov təyin olunub.
Allsport.az xəbər verir ki, İK-in üzvü Vaqif Sadıqov isə vitse-prezident təyin edilib. Elşad Nəsirovla Rauf Əliyev vitse-prezident vəzifəsini davam etdirəcəklər.
Elxan Məmmədov təyinatı ilə bağlı bunları dedi: “İcraiyyə komitəsində yeni sistem yaradılıb. Üzvlər ayrı-ayrı sahələrə cavabdeh şəxslər olacaqlar. Mini meydançalar artacaq. Məktəblərdə futbol qapıları quraşdırılacaq. Milli komandaya baş məşqçi məsələsini müzakirə etdik. 13 üzv öz fikrini səsləndirdi”.