- Baxış sayı: 28
- 05 Fevral 2026 16:49
- Baxış sayı: 202
- Fevral 04, 2026
- 0

DÇ-2022-nin seçmə mərhələsinin “A” qrupunda millimizin rəqibi olan Lüksemburq ilk qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, “cırtdanlar” səfərdə İrlandiyaya 1:0 hesabı ilə qalib gəlib.
Bununla da Lüksemburq ilk qələbəsini qazanıb. Qrupun digər matçında Portuqaliya Serbiya ilə heç-heçə edib. Millimiz isə qrupda müsabiqədənkənar iştirak edən Qətərə boyun əyib – 0:1.
Millimizin uğursuz çıxış etdiyi bu dönəmlərdə Avropanın “cırtdan” komandalarından biri – Malta da sürpriz edib. Bu komanda səfərdə Slovakiyadan xal almağı bacarıb – 2:2.