- Baxış sayı: 38
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 789
- Mart 30, 2026
- 0

“Tobol”dan ayrılan Emil Balayev Qazaxıstanda qala bilər. Allsport.az xəbər verir ki, 25 yaşlı qapıçıya “Kaysar” klubu maraq göstərir.
Qızılordalılar azad agent statusu daşıyan qolkiperi rənglərinə bağlamaq istəyir. Balayevin növbəti mövsüm Avropa Liqasında çıxış edəcək kluba keçmək ehtimalı var.
Emillə Belçika və Türkiyə klubları da maraqlanır. Azərbaycan millisinin üzvününü “Krılya Sovetov”a keçidinin baş tutmadığı iddia edilir.