- Baxış sayı: 31
- 21 Noyabr 2024 22:51
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Qazaxıstanın “Tobol” klubundan ayrılan Azərbaycan millisinin qapıçısı Emil Balayev sosial şəbəkə hesabında açıqlama verib. Allsport.az xəbər verir ki, 25 yaşlı qolkiper Kostanay təmsilçisindən ayrıldığı üçün peşman olmadığını qeyd edib:
“Bir neçə gün öncə mən “Tobol”u rəsmi olaraq tərk etdim. Keçən il ərzində bu klub və şəhərə çox alışdım. “Tobol”un tərkibində daha da inkişaf edib, Qazaxıstan liqasının ən yaxşı qapıçıları siyahısına düşdüm.
Millimizdə də debütüm məhz bu klubun şərəfini qoruyaraq baş tutdu. Keçən mövsümün sonunda, bir daha bu klubda oynamayacağım ağlıma belə gəlməzdi, lakin bu il “sarı-yaşıllılar”ı tərk etdim.
Yeni baş məşqçinin təyinatı sonrası, təbii ki, mənim futbol gələcəyim bir çoxlarını maraqlandırırdı. Mən isə məlum səbəblərdən dolayı, komandanı tərk etməyə qərar verdim və bu qərardan zərrə qədər də peşman deyiləm. Klubun rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim, çünki onlar məni başa düşüb, problemsiz müqaviləyə xitam verməyə razı oldular.
“Tobol”un bütün azarkeşlərinə təşəkkürümü bildirirəm. Kluba gəldiyim ilk gündən mənə dəstək oldular. Hətta indi belə yazıb, sevgilərini hiss etdirirlər. Bütün kollektivimizə, komanda yoldaşlarıma, personala təşəkkürümü bildirirəm, sizin hər birinizlə işləmək xoş idi. Kostanay və kostanaylılar barədə məndə yalnız gözəl xatirələr qalacaq. Hər şeyə görə çox sağ olun!”
Emil Balayev erməni baş məşqçi Qriqori Babayanın “Tobol”a gəlişindən sonra ayrılmağa qərar verib.