- Baxış sayı: 41
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 792
- Mart 30, 2026
- 0

Qış fasiləsində Qazaxıstanın “Tobol” klubundan ayrılan Emil Balayev “Zirə” ilə müqavilə imzalayıb. Allsport.az xəbər verir ki, klubun saytına danışan millimizin üzvü transferi ilə bağlı fikirlərini bölüşüb:
“Burada olduğuma görə şadam. “Zirə” hədəfləri olan maraqlı komandadır. Burada millidə də bərabər oynadığım, əvvəldən də yaxşı tanıdığım futbolçular var.
Son vaxtlar nəticələr yaxşı olmasa da, komandanın uğur qazanacağına inanıram. Bunun üçün mən də bacardığımın ən yaxşısını etməyə çalışacam”.