- Baxış sayı: 31
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
“Oyunun çox çətin keçəcəyini gözləyirdik. Bunu öncədən də söyləmişdim. İki dəfə çatdırmadıq, qonaqlar dərhal da imkanlarından istifadə etdilər. Çalışıb-vuruşsaq da, qolumuz az oldu. Rəqibin keyfiyyətləri üzə çıxdı. Biz isə azsaylı şanslarımızdan faydalana bilmədik. Halbuki hər bir qol epizodundan faydalanmaq lazımdır. Qol vurduğum üçün şadam. Amma qalib gəlsəydik, daha çox sevinərdim”.