- Baxış sayı: 18
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Bizim üçün çox ağır oyun oldu. Oyuna nəzarət edə bilmir, çox top itirirdik”. Allsport.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov premyer liqanın 16-cı turunda evdə “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına açıqlamasında deyib.
90+4-cü dəqiqədə qələbə topunu vuran kapitan qalib gəlmələrinə rəğmən, bundan da çox yaxşı oynamalarının vacibliyini dilə gətirib: “Hər matçı xarakterin, mübarizənin hesabına uda bilmərik. Baş məşqçi də bizə dedi ki, daha çox hərəkət edib, bir-birimizə daha çox kömək durmalıyıq. Deməzdim ki, “Qarabağ” üzərində qələbədən sonra “Qəbələ” ilə oyuna psixoloji baxımdan hazırlaşmaq çətin idi. Çünki başa düşürdük ki, çempionluq uğrunda əsas rəqibi məğlub edib, sonra digər rəqiblərlə matçlarda xal itirməyin heç bir bəhanəsi olmayacaq”.
Cəza və zədə səbəbindən “Qəbələ” ilə matçı buraxan futbolçuların yoxluğunun hiss olunduğunu deyən 29 yaşlı yarımmüdafiəçi qələbə qolundan da danışıb: “Əlbəttə, 5 futbolçumuzun yoxluğu hiss olunurdu, amma bu, bizim üçün bəhanə olmayacaqdı. Hər bir komandanın heyətində itkilər olur. Buna görə də nəyin bahasına olursa-olsun, qələbə qazanmaq lazımdır. Həm də heç kim zəmanət verə bilməzdi ki, həmin futbolçular meydanda olsaydılar, biz qalib gələcəkdik. Çünki futbol komanda oyunudur. Son dəqiqədə vurduğum qola gəlincə, bütün hirsimi bu zərbəyə qoymuşdum”.