Əmsalda 2 pillə gerilədik

Avrokubokların 3-cü ələməsinin cavab oyunlarından sonra UEFA əmsalında dəyişiklik baş verib. Allsport.az saytı xəbər verir ki, ölkəmiz siyahıda 2 pillə geriləyib. Buna səbəb, Kipr klublarının daha çox xal yığmasıdır. 

Azərbaycanın hesabında 18,875 xalı var. “Zirə”nin ötən gün evdə Xorvatiyanın “Osiyek” komandası ilə 2:2 edib, penaltilərdə sevinib. Bu nəticə 0,125 xal gətirib. Ancaq 25-ci yerdə olan Kiprin 18,975 xalı var. 

“Qartallar” konfrans liqasının 4-cü mərhələsində “Omoniya” ilə qaşılaşacaq. Kipr təmsilçisini üstələyəcəyi halda, rəqibi dayandırıb, onu mövqeyindən aşıra bilər.

Həmin kateqoriyadan