Ər-arvad onun evindən oğurluq edib

İspaniya hüquq-mühafizə orqanları “Real”ın və millibin sabiq qapıçısı İker Kasilyasın evindən beş ədəd bahalı saat oğurlamaqda şübhəli bilinən ər-arvadı həbs edib.

Allsport.az xəbər verir ki, həbs edilən qadın uzun illər futbolçunun evində qulluqçu, əri isə mühafizəçi işləyib.

Cinayətkarların planına əsasən, evdən oğurlanan hər biri 50 min avro dəyərində olan “Rolex” saatları saxta saatlarla əvəz edilib. Oğurluqdan sonra saatlar bütöv halda deyil, tapılmasını çətinləşdirmək üçün hissələrə ayrılaraq satılıb.

Kasilyas karyerasını 2020-ci ildə bitirib. O, “Real”ın yetirməsi olaraq təxminən 25 il klubda müxtəlif səviyyələrdə çıxış edib. Karyerasının son beş ilini (2015-2020) isə Portuqaliyanın “Portu” klubunda keçirib.

Həmin kateqoriyadan