Erik Ramos Tərlan Əhmədova cavab verdi: Bu cəhdi yanlışdır

“Neftçi”nin futbolçusu Erik Ramos klubun rəsmi saytına açıqlama verib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Kubok matçına qədər AZAL klubu ilə çempionat oyunlarında da bir neçə dəfə qarşılaşmışdıq. Son görüş də kifayət qədər gərgin və maraqlı alındı. Bu futboldur və tərəflərdən biri qələbə qazanmalıdır. Tərlan Əhmədov AZAL klubundan əvvəl “Neftçi”də köməkçi məşqçi və baş məşqçi əvəzi işləyib. Hələ o vaxtdan bilirdik ki, Tərlan Əhmədov ispan dilində başa düşmür. Əgər oyunda işlətdiyim hər hansı ifadəni Tərlan Əhmədov söyüş kimi başa düşübsə, bu, mənim günahım deyil. AZAL klubu ilə oyunda qayda pozuntusuna yol verdim və hakim də mənə sarı vərəqə göstərdi. Orada heç bir təhqiramiz söz işlətməmişəm. Sadəcə, bu cür açıqlamalar verməklə ictimaiyyətdə mənfi rəy formalaşdırmaq cəhdi yanlışdır”.

Həmin kateqoriyadan