- Baxış sayı: 34
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Azərbaycan cüdoçuları indiyədək Ərməniyyədə yaşayan xainlər üzərində bir çox mötəbər yarışda qələbələr qazanıblar. Allsport.az saytının məlumatına görə, onlardan ən diqqətçəkəni 2009-cu ildə İrəvanda gənclərin Avropa çempionatı zamanı Elmar Qasımovun (100 kq) qızıl medal qazanaraq, Azərbaycan himnini səsləndirməsi və bayrağımızı ucaltması olub.
Digər cüdoçulardan Rüstəm Orucov (73 kq) 2019-cu ildə Belarusun paytaxtı Minskdə 2-ci Avropa oyunlarının 1/4 finalında və Düsseldorfda “Böyük dəbilqə”də Ferdinand Karapetyanı məğlubiyyətə uğradıb.
Eyni çəkidə digər təmsilçimiz Hidayət Heydərov da həmin Karapetyanı Minskdə təşkil olunan Avropa oyunlarının təsəlliverici görüşdə məyus edərək, bürünc medala yiyələnib. ACF ermənilər üzərində qələbələrdən bəhs edən videonu təqdim edir.
Xatırladaq ki, Azərbaycan cüdo federasiyasının prezidenti Rövnəq Abdullayev, 1-ci vitse-prezidenti Sadıq Sadıqovdur.