- Baxış sayı: 207
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 35
- Dekabr 05, 2025
- 0

Çimərlik voleybolu üzrə milli komandalarımız Ermənistan və Gürcüstan seçmələri məğlub ediblər.
Allsport.az xəbər verir ki, Litvanın Vilnüs şəhərində təşkil olunan 20 yaşadək çimərlik voleybolçuları arasında Şərqi Avropa voleybol zonal assosiasiyasının (EEVZA) çempionatında qızlardan və oğlanlardan ibarət komandalarımız uğurla çıxış edərək 1/4 finala vəsiqə qazanıblar.
Bu gün start götürən turnirdə Azərbaycan iki qız və iki oğlan cütü ilə təmsil olunur. Oğlanların mübarizəsində İbrahim Məmmədov və Məhəmməd Aslanlı cütü 2:0 hesabı ilə Ermənistan komandasına qalib gələrək 1/4 finala vəsiqəni təmin ediblər.
İlkin mərhələdə Gürcüstan təmsilçilərinə 2:1 hesabı ilə qalib gələn Xədicə Hadızadə və Cəmilə Bəşirova cütü də növbəti mərhələyə yüksəlib. Sabah baş tutacaq 1/4 finalda qızlarımız ev sahibləri ilə üz-üzə gələcəklər.
Yarışa iyunun 29-da yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.