- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

“Neftçi” ölkə çempionatlarında 400-cü ev oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, yubiley matçı premyer liqanın 13-cü turuna təsadüf edib. “Keşlə”ni qəbul edən “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib.
Bu, Samir Abbasovun komandasının öz meydanında 252-ci qələbəsi olub. Aktivində 91 heç-heçə də olan paytaxt təmsilçisi doğma divarlar arasında 57 məğlubiyyət alıb. “Neftçi”n evdə 400 oyun keçirən ilk komanda olub.
Bayraqdar ölkə çempionatlarında ilk ev oyununu 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”inə qarşı keçirib. Həmin oyunda bakılılar 1:0 hesablı qələbə qazanıb.