- Baxış sayı: 0
- 29 Noyabr 2024 20:28
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Qarabağ” ölkə çempionatlarında 700-cü ev qolunu vurub. Allsport.az saytı xəbər verir ki, yubiley qolunu Bədavi Hüseynov vurub. Təcrübəli müdafiəçi 8-ci turda “Keşlə” ilə (6:1) oyununda vurulan 2-ci qolun müəllifi olub.
Bu qarşılaşmayadək hesabında 698 top olan “köhlən atlar” öz meydanındakı qol sayını 704-ə çatdırıb. Ağdam təmsilçisi 700-cü qolunu 396-cı ev oyununda vurub.
“Qarabağ” ölkə çempionatlarında ilk ev qolu 1992-ci il mayın 3-də vurulub. Sabirabad “İnşaatçı”sı ilə qarşılaşmada (1:2) hesabı açan Mehman Alışanov həm də Azərbaycan çempionatı tarixində ilk qolun müəllifi olub.