Eybini Azərbaycan bayrağı ilə örtən AFFA…

AFFA-nın baş binasında 2 lift var. Əməkdaşlar və qonaqlar əsasən turniketdən sağda yerləşən asandaşımadan istifadə edirlər. 5-ci mərtəbəyə, baş katibin əyləşdiyi qata qalxmaq üçün xüsusi kart lazımdır. O da ancaq şöbələrin rəhbərlərində olur. Sərxan Hacıyevlə də görüşmək asan məsələ deyil. Ondan kabinetində müsahibə almaq üçün çevrəsinə yaxın olmalısan. Dövlətyönlü mətbuata onsuz da isti deyil.

Xeyli vaxtdır həmin liftin öz aynanın bir hissəsi zədələnib və orada iri çapıq əmələ gəlib. Futbol assosiasiyası ona çarə kimi, üzərini Azərbaycan bayrağı ilə örtüb. Gələnlər elə zənn edirlər ki, əlbəsəli bəylər qatı vətənpərvər və millətçidirlər. Bilmirlər ki, gerçəkdə bu belə deyil. Azərbaycan bayrağı ancaq onların eyiblərini örtmək üçündür.

AFFA-nın yeni rəhbərliyi bu işdə mahirdir. “Ay-ulduzlular”ımız millətlər liqasında 4 oyuna 0 xal toplayıb. Başbilənlər bunu heç sayaraq, əsas hazırlığı dünya çempionatının ələməsinə görüldüyünü eyhamlayıblar. Hazırda 70 yaşlı Fernandu Santuş burada yaxşı toy tutub. Hava onun havasıdır, tuş deyən də özüdür. Oynayanlar bəllidir. Bunun futbol olub-olmadığını mövsümün sonunda biləcəyik.  

Həmin kateqoriyadan