- Baxış sayı: 54
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Fransa ilə 2018-ci ildə dünya çempionu olan Adil Rami qadınlarla münasibətləri həmişə qaydasında olub. Allsport.az xəbər verir ki, son dəfə Rusiyanın “Soçi” klubunda oynayan müdafiəçi son illərdə bir neçə məşhur qadınla birlikdə olub.
Görünür, Adil əks cinsin nümayəndələrində həmişə xoş təəssürat yaratmağı bacarır. Buna görə onu “ovçu” adlandırırlar. 39 yaşlı italiyalı aktrisa və aparıcı Byanka Qyaççero futbolçu barədə bu sözləri işlətmişdi:
“Vəhşi bir atı ovlaya bilməzsən. Bu, onu öldürəcək və azadlığını əlindən alacaq. Ancaq istəsən, onun yanında qaça və həqiqi azadlığın nə olduğunu öyrənə bilərsən”.
Adil Rami Byanka Qyaççeroya birbaşa efirdə eşq elan etmişdi. İtaliyalı gözəl efirdə “hə” cavabı verməsə də, onların kənarda birlikdə olduqları bildirilir.
Futbolçu ilə uzun müddət birgə olan digər məşhur isə 52 yaşlı aktrisa amerikalı aktrisa Pamela Anderson olub. O, özündən 18 yaş kiçik futbolçudan xəyanətə görə ayrılmışdı.
Rami komanda yoldaşlarına qadınları “tora salmağı” hər zaman öyrədir. O, hətta qızlarla yaşadığı münasibətlərdən də söz açır. Futbolçunun “Soçi”dəki komanda yoldaşı Aleksandr Kokorin bir dəfə bu barədə açıqlama vermişdi:
“Adil Rami bizə Pamela Andersonla münasibəti barədə çox şey danışdı. Biz ondan intim həyatları barədə soruşduq. Adil bu barədə danışmaqdan utanmadı. O, bildirdi ki, Pamela həyatındakı ən yaxşı qadın olub. Bir gecədə 12 dəfə cinsi əlaqədə olduqlarını söylədi”.
Onun digər münasibət qurduğu qadın isə İngiltərə televiziya kanalında çalışmış Çloi Sayns olub.