- Baxış sayı: 29
- 01 Aprel 2026 13:54
- Baxış sayı: 808
- Mart 30, 2026
- 0

Çex Respublikasının 2-ci liqasında 23-cü tura yekun vurulub. Allsport.az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” evdə “Trineç”ə 3:1 hesabı ilə qalib gəlib.
Nəbiyev start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib. 20 yaşlı yarımmüdafiəçi 2-ci dəqiqədə hesabı açıb.
“Viktoriya Jijkov” 41 xalla 3-cü pillədə qərarlaşıb.